Şirkət sahibi ağacdan yıxılaraq öldü

sirket-sahibi-agacdan-yixilaraq-oldu
Oxunma sayı: 877

Türkiyənin İzmir şəhərində “Danacı” ayaqqabı şirkətinin sahibi ağac budayarkən yıxılıb və həyatını itirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 70 yaşlı Abdullah Danacının evinin baxçasında baş verib.

O, ağacları budayarkən müvazinətini itirib və yerə yıxılıb. Onun yıxıldığını görən yaxınları təcili yardım çağırıblar. Lakin, həkim gələnə qədər onun öldüyü məlum olub.

Qeyd edək ki, Abdullah Avcı 52 ildir ayaqqabı biznesində çalışırdı. Onun sahibi olduğu şirkət Türkiyədə ən böyük ayaqqabı istehsalçılarından biridir.