Şirkətin binasında intihar etdi

sirketin-binasinda-intihar-etdi
Oxunma sayı: 3543

Gəncə şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 2-də Gəncə şəhərində yerləşən “Gəncə dəyirmanı” MMC-nin inzibati binasında qeydə alınıb. Şirkətin işçisi, dəyirman təmizləyicisi işləyən 1993-cü il təvəllüdlü Quliyev Fazil Məhərrəm oğlu özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

Onun özünü öldürməsinin səbəbi araşdırılır.

Murad Əhməd