Sirkin direktoru işdən çıxdı

sirkin-direktoru-isden-cixdi
Oxunma sayı: 4626

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov işdən çıxıb.

Bu barədə “Qafqazinfo”ya qurumun mətbuat katibi Gülşanə Mustafayeva məlumat verib. 

O qeyd edib ki, Elmir Hüseynov iyunun 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda həmin vəzifəni müvəqqəti olaraq direktor müavini Nahid Ağayev icra edir. 

Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost.az saytı yazıb.

***

Sözügedən məlumatı Mədəniyyət Nazirliyindən də saytımıza təsdiqləyiblər. 

Gülnar Əliyeva