Bakı şəhərinin Səməd Vurğun küçəsində (Bakı Dövlət Sirkinin qarşısında) təhlükə yaradan 8 ədəd quru ağac götürülüb.
Bu barədə “Qafqazinfo”ya Bakı Dövlət Sirkindən məlumat verilib.
Bildirilib ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq struktur bölmələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər nəticəsində aşkarlanıb. Müvafiq ekspertiza rəyi əsasında ağaclar ərazidən götürülüb.
Götürülən hər bir ağacın yerində payız mövsümündə yerli iqlimə uyğun yeni ağacların əkilməsi şərti qoyulub.