Şirməmməd Hüseynovun daha bir qızına vəzifə verildi

sirmemmed-huseynovun-daha-bir-qizina-vezife-verildi
Oxunma sayı: 9847


"Qafqazinfo" axar.az-a istinadən xəbər verir ki, Lalə Hüseynova Milli Konservatoriyanın Elmi İşlər üzrə prorektoru təyin edilib. L.Hüseynova əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımovun yerinə təyin edilib.  

Xəbəri Milli Konservatoriyadan da təsdiqləyiblər. Bildiriblər ki, Konservatoriyanın bundan öncəki Elmi İşlər üzrə prorektoru V.Əbdülqasımov vəfat edib və boş qalan vəzifəyə Ş.Hüseynovun kiçik qızı təyin edilib.  

Xatırladaq ki, Ş.Hüseynovun böyük qızı Fərəh Hüseynova Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.