Şirməmməd Hüseynovun vəziyyəti pisləşdi

sirmemmed-huseynovun-veziyyeti-pislesdi
Oxunma sayı: 2771

Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb.

"Qafqazinfo"nun aznews.az-a istinadən verdiyi məlumata görə, o, vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Ş.Hüseynovun həyat yoldaşı bildirib ki, qocaman jurnalistin 3 gün bundan öncə vəziyyəti qəfil pisləşib: “Hazırda müalicə olunur. Vəziyyəti normaldır”.