Şirniyyat mağazası Heydər Babayevdən niyə alındı?

sirniyyat-magazasi-heyder-babayevden-niye-alindi
Oxunma sayı: 4194

Xəbər verdiyimiz kimi, son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarılıb.

Bu barədə şirkətin keçmiş sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov məlumat yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə il öncə Çingiz Cəlilov "Bank Standart"dan yüksək məbləğdə kredit götürüb və əvəzində "Çudo Peçka"nı girov qoymuşdu. Krediti qaytara bilmədiyi üçün 2010-cu ildə məhkəmə qərarı ilə "Çudo Peçka" Bank Standartın tabeliyinə keçib. Şərt belə olub ki, kredit borcu tam ödəndikdən sonra şirkət geri qaytarılacaq. Həmçinin, bu müddət ərzində şirkətin qazancı kreditdən silinəcək.

Artıq şirkətin direktoru Azad Abdullayevlə bağlı araşdırılma başlanılıb.

Azad Abdullayevdən öncə “Çudo Peçka”nın idarəçiliyi bir neçə nəfərə həvalə olunub. A.Abdullayev isə bundan öncə “Bank Standart”da vəzifə tutub.

Qeyd edək ki, “Bank Standart” keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.

Murad Əhməd