“Qarabağ”la oyunda qələbə qolunu vuran “İnter”in təcrübəli müdafiəçisi Zurab Xizinaşvili qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı...
- Çox çətin oyun oldu. “Qarabağ” Azərbaycanın ən yaxşı klublarından biridi. Onlarla oyuna xüsusi hazırlaşırıq, çünki güclü rəqiblə qarşılaşırıq. Bütün futbolçu, məşqçi heyətinin qələbədə payı var.
- 35 yaşında bu cür qol vurmağınız sizə xüsusi zövq verir?
- Yaşın əhəmiyyəti yoxdu, vacib olan qol vurmaq, komandanın qələbə qazanmasıdı. Kimin qol vurması da vacib deyil. Komanda şəklində mübarizə apardıq, 3 xalımızı qazandıq.
- “Qarabağ”ın cari mövsümdə yenə bilmədiyi yeganə komanda “İnter”di. Bunun sirri nədədi?
- Sirri qol vurmaqdı. Qol vurduq və qələbə qazandıq.
- AZAL-a və “Qarabağ”a qol vurmaq futbolçuya eyni hissləri yaşadır?
- “Qarabağ” da, “Qəbələ” də güclü komandalardı. Mənim üçün vacib olan qalib gəlməkdi. Bu “Kristal Pelas”la “Mançester Yunayted”ə vurulan qolların yaratdığı sevincin fərqinə bənzəyir.
- Klubla bağlı yaşanan son olaylar oyununuza nə dərəcədə təsir edir? Ola bilərmi, klubda sonuncu mövsümünüzü keçirəsiniz?
- Hazırkı olaylar bankdan qaynaqlanan texniki problemlərdi. Klubun idarəçiliyi AFFA-ya keçib. Yaya qədər klubla müqaviləm var. Sonra necə olacaq, deyə bilmərəm.
Son xəbərlər
Son Xəbərlər