Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusi ilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
"Qafqazinfo" xəbər verir ki, karantin rejimi müddətində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti olaraq dayandırmasını nəzərə alaraq "PAŞA Holding"Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! layihəsinə qoşulub, Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan şəhərində sosial aksiya həyata keçirib. Şəhərin müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 500 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib. Layihə həmçinin Çernobıl qəzasında zərər çəkmiş 93 aztəminatlı ailəni də əhatə edib.
Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, Heydər Əliyev Fonduna və “PAŞA Holding” MMC-yə təşəkkürlərini çatdırıblar.



Son xəbərlər
Son Xəbərlər