Şirvan şəhər Parkında əsaslı yenidənqurma işləri davam etdirilir - Fotolar

sirvan-seher-parkinda-esasli-yenidenqurma-isleri-davam-etdirilir
Oxunma sayı: 2053

Məhəmməd Füzuli adına Şirvan şəhər Parkında əsaslı yenidənqurma işləri davam etdirilir.

"Qafqazinfo" Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki,  ölkə başçısı İlham Əliyevin tikinti-quruculuq və abadlıq işlərini zövqlə və günün tələbləri səviyyəsində aparılması ilə bağlı tövsiyə və tapşırıqlarına müvafiq olaraq Şirvan şəhəri ərazisində də geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

Görüləcək işlərin bir hissəsi olan Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı xüsusi layihə əsasında yenidən qurulmağa başlayıb. Belə ki, parkı əhatə edən süni göl xüsusi texnikalar vasitəsi ilə təmizlənərək genişləndirilir, kommunikasiya xətlərinin yenilənməsi həyata keçirilir, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri görülür.

Layihəyə uyğun olaraq parkda əlavə müxtəlif ağac və kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, müasir suvarma sisteminin qurulması, uşaq əyləncə və müxtəlif idman qurğularının quraşdırılması, mini-futbol meydançasının tikilməsi, müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub.

Parkda həyata keçirilən abadlıq və quruculuq işləri sakinlər tərəfindən razılıqla qarşılanır. İnanırıq ki, əsaslı yenidənqurma işlərindən sonra Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı şirvanlıların və şəhərimizin qonaqlarının istirahət mərkəzinə çevriləcəkdir.