Şirvanda 1 ailənin 5 üzvü dəm qazından zəhərləndi - Yenilənib

sirvanda-1-ailenin-5-uzvu-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1432

Şirvanda 5 nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, zəhərlən 5 nəfər bir ailənin üzvüdür.

Onlar Şirvan sakinləri, 2006-cı il təvəllüflü Abbasova Aynur Ramin qızı, 1983-cü il təvəllüdlü Abbasova Lamiyə Tahir qızı, 2006-cı il təvəllüdü Abbasova Ləman Rafət qızı, 2003-cü il təvəllüdlü Abbasova Xədicə Rafət qızı, 1975-ci il təvəllüdlü Abbadov Rafət İsa oğludur.

***

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya belə cavab verildi:

“Fevralın 25-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə dəm qazından zəhərlənməsi ehtimalı ilə 5 nəfər daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”