Şirvanda 18 yaşlı oğlanın ölüm səbəbi açıqlandı

sirvanda-18-yasli-oglanin-olum-sebebi-aciqlandi
Oxunma sayı: 3135

Şirvanda baş vermiş bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo” Şirvan Şəhər Prokurorluğuna istinadən xəbər verir ki, 21 may 2022-ci il tarixdə, saat 07 radələrində 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Həmçinin oxuyun: “Eşitmişdim ki, Gülay pul qarşılığında kişilərlə görüşür” - Şəmkirdəki basqının detalları