Şirvanda bir məktəbdən 18 şagird 600-dən çox bal topladı -

sirvanda-bir-mektebden-18-sagird-600-den-cox-bal-topladi-
Oxunma sayı: 1210


"Qafqazinfo" xəbər verir ki, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev Modern.az-a açıqlamasında bildirib ki, Şirvan şəhər ümumtəhsil məktəblərinin məzunlarından qəbul imtahanlarında 600-dən yuxarı bal toplayanların sayında da kifayət qədər artım olub.

Belə ki, Şirvan şəhər ümumtəhsil məktəblərindən 34 nəfər 600-700 bal arası nəticə göstərib.

Eyni zamanda 36 nəfər də 500-600 arasında bal toplayıb. O qeyd edib ki, Şirvan şəhərinin 18 saylı tam orta mətkəbindən 18 nəfər 600-dən çox bal toplayıb. Daha iki məktəbində isə, 16 və 21 nömrəli məktəblərdə isə 6 nəfər 600-700 bal arası nəticə göstərib.

2015-ci ildə Şirvan şəhər ümumtəhsil məktəblərinin məzunlarından qəbul imtahanlarında 600-dən yuxarı bal toplayanların siyahısını təqdim edirik.

“Qafqazinfo”