Şirvanda da prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Şirvanda da prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Oxunma sayı: 1871

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 104-cü ildönümü və 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şəhər Prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şirvan Şəhər və Hacıqabul Rayon Prokurorluğunun əməkdaşları, veteranlar şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.

Sonra Şəhər İcra Hakimiyyətinin iclas zalında tədbir davam edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirildiyini, ədalət prinsipinin təmin olunduğunu bildirib.

Tədbirin sonunda prokurorluq işçilərinin peşə bayramı günü  münasibətilə Şirvan Şəhər Prokuroru Kamal Hüseyn oğlu Talıbov, Şirvan Şəhər Prokurorluğunun müstəntiqi Sabir Azər oğlu  Hüseynli,  Şirvan Şəhər Prokurorluğunun böyük mütəxəssisi Qalina Rüstəm qızı Hüseynova Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif ediliblər.