Şirvanda dezinfeksiya işləri davam etdirilir - Fotolar

Şirvanda dezinfeksiya işləri davam etdirilir
Oxunma sayı: 763

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir.

"Qafqazinfo" xəbər verir ki, İnfeksiyanın yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən xüsusi nəqliyyat vasitələri ilə şəhərin iri küçə və prospektləri dezinfeksiya edici maddələrlə yuyulmuş, eyni zamanda Heydər Əliyev, Nəriman Nərimanov, Səməd Vurğun adına parklarda, İltiqlaliyyət və M.Ə.Rəsulzadə prospektləri boyunca yerləşən park və xiyabanlarda və “MTK İK” MMC-nin Şirvan Yağ-Piy filialında dezinfeksiya işləri aparılmışdır.

Şəhərdə epidemioloji durumun ciddi nəzarət altında saxlanılması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Qaynar xətt :

Şirvan şəhər İcra hakimiyyəti: (021) 215 45 06

Dövlət Sosial Müdafiə Fondunun

Şirvan şəhər şöbəsi : 142(Çağrı Mərkəzi)

1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə

Nümayəndəlik : +994 70 356 86 99

Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi

Vahidi üzrə Nümayəndəlik: +994 50 277 24 18

Bayramlı qəsəbə İnzibati Ərazi

Vahidi üzrə Nümayəndəlik: +994 21 216 32 76

Şirvan şəhər Bələdiyyəsi : +994 21 215 26 62






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi