Şirvanda dezinfeksiya işləri davam etdirilir - Fotolar

sirvanda-dezinfeksiya-isleri-davam-etdirilir
Oxunma sayı: 926

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bununla əlaqədar Şirvan şəhərinin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilib.

"Qafqazinfo" xəbər verir ki, ərazilərdə təmizlik işləri aparılıb, oturacaqlar yerlərinə qaytarılıb, yeni gül-çiçək kompazisiyaları yaradılıb, ağaclar budanıb, çəmənliklərə qulluq göstərilib

Əhalinin sağlamlığının qorunması məqsədi ilə iki gündən bir şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, Gigiyena və Epidemiologiya və “DOST İş Mərkəzi” MMC-nin dezinfeksiya və sosial xidmət işçilərindən ibarət xüsusi təlim keçmiş işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, park və xiyabanlarda, uşaq əyləncə qurğularında, ödəniş terminallarında, avtomobil dayanacaqlarında, qəsəbələr də daxil olmaqla ümumilikdə 180-dən çox obyektdə dezinfeksiyaedici maddələrlə təmizlik işləri aparılıb.

İnfeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə şəhər ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.