Şirvan sakini Simnar İslamova məxsus 3 otaqlı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində tamamilə mənzili bürüyüb. Nəticədə mənzil içindəki əşyaları ilə birlikdə yanaraq kül olub. Hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunaraq yanğının yaxınlıqdakı mənzillərə keçməsinin qarşısı alınıb.
İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb evdə istifadə olun propan balonun alovlanmasıdır. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinnə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılr.
Son xəbərlər
Son Xəbərlər