Şirvanda Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirildi - Fotolar

sirvanda-heyder-eliyevin-100-illiyine-hesr-olunan-tedbir-kecirildi
Oxunma sayı: 2353

Şirvan şəhərində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyevin tükənməyən tarixi xidmətləri sırasında onun ölkəmizə rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edən müddət ərzində siyasi fəaliyyətinin müxtəlif dövrlərindən və ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində gördüyü misilsiz xidmətlərdən tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” sənədli filmi nümayiş olunub.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə respublikamızın tanınmış incəsənət nümayəndələrinin iştirak etdiyi konsert proqramı keçirilib.