Şirvanda Heydər Əliyevin anım günü keçirildi

sirvanda-heyder-eliyevin-anim-gunu-kecirildi
Oxunma sayı: 1395

Şirvan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatının konfrans zalında “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda keçirilən dəyirmi masada Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları iştirak edib.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən danışıb. 

Şəhər İcra Hakimiyyətinin başçısı çıxışında vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə verilmiş Sərəncam insanların dövlətə, dövlət başçısına, onun həyata keçirdiyi siyasi kursa inamını daha da möhkəmləndirir.

Tədbirdə çıxış edən Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov da çıxış ediblər. 

Sonda tədbir iştirakçıları ümummilli lider, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Millət atası” sənədli filmə tamaşa ediblər.