Şirvanda içməli su və kanalizasiya layihəsinin icrası müzakirə olundu - Foto

sirvanda-icmeli-su-ve-kanalizasiya-layihesinin-icrasi-muzakire-olundu
Oxunma sayı: 1311

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatı və tullantı su layihələrinin icrasını davam etdirir.  

“Qafqazinfo” xəbər verir ki, Şirvan şəhərində içməli su və kanalizasiya layihəsinin icrası çərçivəsində görülmüş işlər və perspektiv vəzifələr Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən təqdimat zamanı ətraflı müzakirə olunub. Tədbirdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhərindən millət vəkili seçilmiş İltizam Yusifov, podrat təşkilatın nümayəndələri iştirak edib.

Qeyd olunub ki, 2021-ci ildə Şirvan şəhərində 7 km içməli su və kanalizasiya şəbəkəsi, ümumilikdə isə 100 km-dən çox içməli su, 11 km tullantı su şəbəkəsi yenilənib, 12 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. 

Ötən müddətdə Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Çılpaqlı, Yeni yaşayış massivlərinin, həmçinin şəhərin relyef baxımından yüksəklikdə yerləşən məhəllələrinin də içməli su təchizatı yaxşılaşıb.