Şirvanda iki yeni Elektron ATS istifadəyə verildi

sirvanda-iki-yeni-elektron-ats-istifadeye-verildi
Oxunma sayı: 833

“Aztelekom” MMC tərəfindən Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə bir sıra işlər həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, şəhərin Bülbül küçəsində yeni salınmış yaşayış massivinin telefonlaşdırılması məqsədilə Mərkəzi Elektron ATS-dən 1700 metr uzunluğunda kabel-kanal xətti çəkilərək sakinlərin rabitə xidmətlərinə olan tələbatını ödəmək üçün 1040 nömrə tutumlu Elektron ATS istifadəyə verilib.

Bundan başqa şəhərin İsmət Qayıbov küçəsində istismar müddəti başa çatmış 3000 metr uzunluğunda kabellər yeni tip kabellərlə əvəz olunub. Əraziyə xidmət edən Elektron ATS-də yeni NGN tipli avadanlıqlar quraşdırılıb, nömrə tutumu artırılaraq 928 nömrəyə çatdırılıb.