Şirvanda körpə ölü doğuldu

sirvanda-korpe-olu-doguldu
Oxunma sayı: 1522

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.

Ailə üzvlərinin bildirdiyinə görə, körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, 2001-ci il təvəllüdlü Sabirabad rayonu, Məmişlər kənd sakini 39-40 həftəlik hamilə 08.08.2022-ci il tarixində saat 23:00-da çəkisi - 3 kq 650 qr, boyu 53 sm olan kişi cinsli ölü döl dünyaya gətirib.

Doğuş yollarında dölün tələf olması (hipoksiya) qeydə alınıb.