Şirvanda küçədə kişi meyiti tapıldı

sirvanda-kucede-kisi-meyiti-tapildi
Oxunma sayı: 4081

Şirvanda küçədə kişi meyti tapılıb.

"Qafqazinfo"nun məlumatına görə, meyit şəhərin H.Əliyev prospektində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin müayinə zamanı tapılan meyitin şəhər sakini - 1970-ci il təvəllüdlü Nəzərov Nofər Aydın oğluna aid olduğu müəyyən edilib.

Ehtimala görə, N.Nəzərov ürəktutmadan ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli