Şirvanda maşının üzərinə ağac aşdı - Foto

sirvanda-masinin-uzerine-agac-asdi
Oxunma sayı: 1670

Faktiki hava şəraiti ölkənin müxtəlif yerlərində fəsadlara səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, Şirvan şəhərində küləkli hava şəraitində minik avtomobilinin üzərinə ağac aşıb. Hadisə nəticəsində “Hyundai Elantra” markalı maşına ziyan dəyib. 

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.