Şirvanda Mətbuat Günü münasibətilə tədbir keçirildi - Fotolar

sirvanda-metbuat-gunu-munasibetile-tedbir-kecirildi
Oxunma sayı: 2680

Şirvanda Mətbuat Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 22 iyulda Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, media nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, pedaqoqlar iştirak edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Bildirib ki, bu gün əsasının qoyulmasının 148-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddətdə zəngin və şərəfli inkişaf yolu keçib.

Digər çıxış edənlər “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseyn, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və “Azəri-Press” Agentliyinin  (APA) bölgə müxbiri Əlibəy Zeynalov milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar.

Sonra 22 İyul – Milli Mətbuat Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup media nümayəndəsi Şirvan Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.