Şirvanda növbəti məhəllə abadlaşdırılır - Fotolar

sirvanda-novbeti-mehelle-abadlasdirilir
Oxunma sayı: 3047

“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşayış şəraitinin yaradılması məqsədilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Bakıdan kənar, regionlarda abadlaşdırılan ilk həyət Şirvan şəhərinin payına düşür. Şəhərin Energetik küçəsi 9 saylı və L-nt. İbrahimov küçəsi 10 saylı binaların qarşısında müasir memarlıq üslubunda salınan “Abad məhəllə” 2020-ci ilin noyabr ayında sakinlərin istifadəsinə verilib.

“Qafqazinfo” xəbər verir ki, hazırda “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində ikinci dəfə Şirvan şəhərində ümumi sahəsi 1,5 ha olan Mahmud İbrahimov küçəsi 4 nömrəli və 20 Yanvar küçəsi 4A nömrəli yaşayış binalarının qarşısındakı məhəllədə abadlıq işlərinə başlanılıb. Həmin əraziyə 1328 kv.metr tamet tavalar döşənib, 1594 metr beton bordyurlar düzülüb. 4 ədəd söhbətgah və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb, sahəsi 400 kv.metr olan mini futbol meydançası salınıb və 16 ədəd 2 lampalı metal işıq dirəkləri quraşdırılıb. Məhəllədəki çoxmənzilli binaların fasadları, giriş bloklarına metal qapılar qoyulub.

Məhəllədə işlər demək olar ki, yekunlaşmaq üzrədir və yaxın günlərdə sakinlərin istifadəsinə veriləcək.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbaov aidiyyəti orqanların rəhbərləri ilə birlikdə mütəmadi olaraq abadlıq işləri aparılan ərazilərə baxış keçirir, görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verir.