Şirvanda oğul atasını qətlə yetirib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun G.Şıxbalaoğlu küçəsində baş verib.
Belə ki, şəhər sakini 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə övladı, 1977-ci il təvəllüdlü Xanışov Elşən Zeynal oğlu arasında mübahisə düşüb.
Mübahisə zamanı E.Xanışov atası Z. Xanışovu bir yumruq zərbəsi ilə qətlə yetirib.
Atasını qətlə yetirən E.Xanışov Şirvan şəhər polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər