Şirvanda mikroavtobus və minik avtomobili toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə “Şəhidlər xiyabanı”nın qarşısında baş verib.
Belə ki, Hacıqabul rayon sakini 1999-cu il təvəllüdlü Yaşar Bəkir oğlu Ağayev idarə etdiyi “VAZ 21-06” minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək mikroavtobusla toqquşub.
Hadisə zamanı minik avtomobilinin sərnişini - Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü Fərid Azər oğlu İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.
Digər sərnişin - Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Maşallah Məhərrəm oğlu Həmidov və sürücü Y.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayonun Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli