Şirvanda Ramazan bayramı münasibətilə daha bir sosial aksiya keçirildi - Fotolar

Şirvanda Ramazan bayramı münasibətilə daha bir sosial aksiya keçirildi
Oxunma sayı: 2113

Şirvan şəhər İcra Hakimiyyəti və "PAŞA Holding" MMC Ramazan bayramı münasibətilə daha bir sosial aksiya həyata keçirib. Koronavirus pandemiyasının yayılması səbəbindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, ölkə prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejimi dövründə ahıl, tənha və sağlamlıq imkanları məhdud 3 minə qədər ailə ziyarət edilmiş və onlara lazımi köməkliklər göstərilib.

Şəhər İcra Hakimiyyəti sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi bağlı təşəbbüsünü müqəddəs Ramazan bayramı ərəfəsində də davam etdirib. Belə ki, Ramazan bayramı ərəfəsində, koronavirus pandemiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək çərçivəsində aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! təşəbbüsünə 22 may 2020-ci il tarixində “PAŞA Holding" MMC də təkrar qoşulub, Şirvan şəhər İcra Hakimiyyəti ilə birgə könüllü gənclərin iştirakı ilə şəhərin müxtəlif ünvanlarında yaşayan, ilk növbədə sosial müdafiəyə ehtiyacı olan 300 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.

Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, “PAŞA Holding” MMC-nin nümayəndələrinə təşəkkürlərini çatdırıblar.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi