Şirvan şəhərində şəhid analarının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər Ağsaqqallar şurasının sədri Fəxrəddin Rəhimov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı İlqar Abbasov çıxış edərək başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. Birinci və İkinci Qarabağ müharibəsində canından keçən Vətən oğullarına Allahdan rəhmət diləyib, belə qəhrəmanları böyüdən bütün anaların qarşısında baş əydiyini, ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib.





Son xəbərlər
Son Xəbərlər