Şirvan şəhərində insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanılıb.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 3-də saat 07 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobillə yolu keçən piyada Nüşabə Xəlilova vurulub, sürücü isə hadisə yerindən qaçıb.
N.Xəlilova aldığı xəsarətlərdən orada vəfat edib.
Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Yol nəqliyyat hadisəsinin “Mitsubishi L 200” markalı 90 CF 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü, Sabirabad rayon sakini Abbasov Emin Sabir oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
E.Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər