Şirvanda yanğınsöndürən intihar etdi

sirvanda-yanginsonduren-intihar-etdi
Oxunma sayı: 2342

Şirvanda intihar hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, 32 yaşlı şəhər sakini Babək Cəfərov ötən gün yaşadığı evin həyətyanı sahəsindəki anbarda özünü tavandan asıb.

Əldə etdiyimiz məlumata əsasən, qeyd olunan şəxs FHN-in Şirvan şəhər Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində çalışıb. Hadisə xidmətdən kənar vaxtda, yaşadığı evdə olarkən baş verib. İlkin ehtimala görə, hadisə ailə-məişət problemləri zəminində qeydə alınıb. 

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.