Şirvanda yataqxana yandı, sakinlər təxliyə olundu

sirvanda-yataqxana-yandi-sakinler-texliye-olundu
Oxunma sayı: 2041

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb.

"Qafqazinfo" "Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.