Şirvanda yol qəzası - 60 yaşlı qadın öldü + Fotolar

sirvanda-yol-qezasi
Oxunma sayı: 1848

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində olub.

Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən 1957-ci il təvəllüdlü G. Muradova vəfat edib.

Faktla bağlı Şirvan Rayon Polis şöbəsində araşdırma aparılır.