Şirvan Şəhər İcra Hakimiyyətində cari ilin may ayı ərzində vətəndaşlarla 4 səyyar görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin 12, 1, 9, 4 nömrəli tam orta məktəblərində keçirilən səyyar görüşlərdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkil İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən bəhs edib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətləri əsasən, mənzil, işsizlik, maddi yardım, səhiyyə, yolların təmiri, su-kanalizasiya və digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, may ayında keçirilən səyyar görüşlərdə ümumilikdə 340 vətəndaş iştirak edib, onlardan 23 nəfər müxtəlif problemlərlə bağlı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıb.






Son xəbərlər
Son Xəbərlər