Şirvanlı gənclər Azər Quliyevə dəstək oldular - Fotolar+Video

sirvanli-gencler-azer-quliyeve-destek-oldular
Oxunma sayı: 2814

46 saylı Şirvan seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azər Quliyevin seçicilərlə növbəti təşviqat görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən görüşdə Şirvan şəhərinin aktiv gəncləri iştirak ediblər. YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev təşviqat görüşündə çıxış edərək partiyanın 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Azər Quliyev barəsində ətraflı məlumat verib. Azər Quliyev görüşdə çıxış edərək şəhərimizdə ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər siyasəti istiqamətində görülən işlərdən danışıb. Gənclərə  qayğının, diqqətin göstərilməsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, işsizlik probleminin həlli istiqamətində görülən işləri bir daha gənclərin diqqətinə çatdırıb.

Xüsusən də, şəhər ərazisində İlham Əliyevin sərəncamı ilə inşa edilən  Olimpiya İdman Kompleksinin, Gənclər Evinin tikilməsi şəhərimizdə  bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, asudə vaxtın səmərəli təşkili, gənclərin sağlam həyat tərzi yaşamasından ətraflı bəhs edib. 

Azər Quliyev eyni zamanda millət vəkili seçiləcəyi təqdirdə Şirvan şəhərinin inkişafında, gənclərin məşğulluğunun təmin olunmasında mühüm lahiyələri parlamentə təqdim edəcəyindən də danışıb. Görüşdə iştirak edən gənclər YAP-ın Şirvan şəhərindən deputatlığa namizədi Azər Quliyevə səs verəcəklərini bildiriblər.  Gənclər Şirvan sakinlərini dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azər Quliyevə səs verməyə çağırıblar.

Azər Quliyev gəncləri maraqlandıran suallara cavab verib.