Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Ölkə prezidentinin könüllülük fəlsəfəsinin təbliğ olunması və könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyəti, digər idarə, müəssisə və təşkilatlar öz strukturlarında könüllülük hərəkatının genişləndirməkdə davam edir.
“Qafqazinfo” xəbər verir ki, könüllü fəaliyyətinin əsas istiqamətlərindən biri əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə köməklik göstərilməsidir. 2020-ci ilin "Könüllülər ili" elan olunması ilə əlaqədar respublikamızda başlanan "könüllü qonaq" təşəbbüsünə Şirvan könüllüləri də qoşulublar.
Şirvan şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Şirvan Gənclər Evi və Şirvan şəhər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında, könüllülər xüsusi qayğıya ehtiyacı olan, ahıl və tənha yaşayan Şirvan şəhər sakini Nənəxanım Mirzəyevanın yaşadığı evə baş çəkiblər. Evdə və həyətyanı sahədə təmizlik və abadlıq işləri görülüb, səliqə-səhman yaradılıb, Nənəxanım nənə üçün çərşənbə süfrəsi təşkil edilib.
Gənclərin təşəbbüsü ev sahibi tərəfindən sevinclə qarşılanıb və Nənəxanım Mirzəyeva könüllülərə öz təşəkkürünü bildirib.
Son xəbərlər
Son Xəbərlər