Sisi Trampla görüşəcək

sisi-trampla-gorusecek
Oxunma sayı: 844

Misir prezidenti Əbdülfəttah əs-Sisi 9 apreldə ABŞ-a səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Məlumata görə, həmin gün ABŞ prezidenti Donald Tramp Ağ Evdə Sisini qəbul edəcək.

Görüşdə ABŞ və Misir arasında hərbi, iqtisadi və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək.