Görüş 2:2 hesablı bərəabərliklə başa çatıb. Matçdan sonra Moskva klubunun təcrübəli futbolçusu Roman Şişkin oyunla bağlı fikirlərini açıqlayıb. 28 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin braziliyalılarının çıxışını da xüsusilə vurğulayıb: "Qarabağ" bildiyimiz kimidir - güclü rəqibdir. Rəqib komandanın heyətində çoxlu sayda texnikalı braziliyalılar var. Onlar topa yaxşı nəzarət edirlər. Məsələn, cərimə zərbəsindən qol vuran Reynaldo. Rəqib xoşuma gəldi. Onların ölkə çempionu olmalarına təəccüblənmədim. Tezliklə də Çempionlar Liqasında oynayacaqlar".
O, komandasının hazırlığından və qarşıdakı Superkubok matçından da söhbət açdı: "İndi "Zenit"lə oyun üçün yaxşı hazırlaşmalıyıq. Hər şey plana uyğun davam edir".
Son xəbərlər
Son Xəbərlər