Şəmkirdə 4 yaşlı uşaq turnikdən yıxılaraq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2015-ci il təvəllüdlü Damla Fariz qızı Aslanova turnikdən sallanan zaman turnik qırılıb və uşaq yerə düşüb.
O, valideynləri tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər