Yeyib-içdikdən sonra şit zarafat etdiyi üçün bibisi oğlunu öldürməkdə təqsirləndirilən Cavidan Seyfullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun icraatına verilib. İlkin baxış iclası iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, qətl ötən ilin mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində baş verib. Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev bibisi oğlu Musa Nurullayevlə kafelərdən birində yeyib-içib. Daha sonra metronun qarşısında gəzişiblər. Sərxoş qohumların şit zarafatları biri-birlərinin xoşuna gəlməyib. Bu zaman Cavidan bıçaqla Musa Nurullayevi vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C. Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Murad Əhməd