“Sivasspor”un sabiq futbolçusu Azərbaycan klubunda

sivassporun-sabiq-futbolcusu-azerbaycan-klubunda
Oxunma sayı: 1068

AZAL heyətini daha bir oyunçu ilə gücləndirib. “Qafqazinfo” xəbər verir ki, “təyyarəçilər” mərakeşli oyunçu Mehdi Tauilin keçidini artıq həll edib.

Mərakeş millisinin keçmiş üzvü bu gün Bakıya gələrək yeni komandasına qoşulacaq. Onunla mövsümün sonuna kimi anlaşma əldə olunub.

Qeyd edək ki, Mərakeşin gənclər millisində 25, əsas yığmada isə 5 matçda meydana çıxmış Tauil azərbaycanlı azarkeşlərə Türkiyənin “Sivasspor” klubundakı oyunu ilə tanışdır. 33 yaşlı yarımmüdafiəçi "Klimarnok"un heyətində Şotlandiya kubokunun da sahibidir.