Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirində idmançılarımızın çıxışları davam edir. “Qafqazinfo” xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan Nicat Şixəlizadə 1/8 finalda Çingizxan Saqinaliyevi (Qırğızıstan) ippon fəndi ilə üstələyib.
O, 1/4 finalda komanda yoldaşı Orxan Səfərovu məğlub edib. Təcrübəli idmançı yarımfinalda yaponiyalı ikiqat dünya çempionu Hifumi Abe ilə üz-üzə gəlib.
Rəqibinə ipponla uduzan Şıxəlizadə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Orxan Səfərov isə 1/8 finalda Kennet Van Hansbeke (Belçika) və ¼ finalda Muhammed Demirələ (Türkiyə) qalib gəlib.
Avropa çempionu təsəlliverici görüşdə Qreqq Vareyi üstələyib və bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
Şıxəlizadə bürünc medal uğrunda Kilian Le Blouç (Fransa), Səfərov isə Murad Çopanovla (Rusiya) qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər