“Sıxlıq olan avtobuslara minməyin” - Şahmar Mövsümov

sixliq-olan-avtobuslara-minmeyin
Oxunma sayı: 2077

“Marşrutlarda sıxlığın aradan qaldırılması üçün ekspress xətlər fəaliyyət göstərəcək”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, zərurət olmadan alınan icazələrin ləğvi də bu sıxlığın aradan qaldırılmasına kömək edəcək: “Bu məsələ daimi monitorinq altında olacaq, ehtiyac yaranarsa, əlavə avtobuslar xəttə buraxılacaq. Avtobuslarda sıxlıq ciddi məsələdir, insanlar sıxlıq olan avtobusa minməsin, növbəti avtobusu gözləmək tövsiyə olunur”. 

Murad Əhməd