Siyarto Türkiyəyə gedəcək

siyarto-turkiyeye-gedecek
Oxunma sayı: 1546

Macarıstanın xarici işlər naziri Peter Siyarto sabah Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində Türkiyə-Macarıstan İqtisadiyyat və Ticarət üzrə Birgə Komitənin ilk iclası keçiriləcək.

Bundan əlavə, görüşlər zamanı Türkiyə ilə Macarıstan arasında “gücləndirilmiş strateji tərəfdaşlıq” çərçivəsində ikitərəfli münasibətlərin, Türkiyə-Aİ münasibətlərinin və cari regional hadisələrin müzakirə olunması nəzərdə tutulur.