“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda hazırda qanunsuz həbsdə olan siyasi məhbuslara diqqət və dəstəyin artırılması, onların müdafiə işinin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi qərara alınıb. Eyni zamanda Alyans adından siyasi məhbuslara dəstək ifadə edən bəyanat qəbul olunub. Bəyanatda son zamanlar ölkədə aparılan qanunsuz həbslərin artması, Əliyevlər rejiminin Azərbaycanı özü boyda həbsxanaya çevirmək cəhdi qətiyyətlə pislənilib. Bu həbslərin fərqli düşüncəyə, azad sözə, sərbəst toplaşmaq azadlığına basqı, hakimiyyətin öz rəqiblərinə qisası kimi qiymətləndirilib. Bəyanatda həbsdə olan vicdan və siyası məhbusların qeyd- şərtsiz azadlığa buraxılması tələb olunub. Sənəddə Alyansın üzvü Rüfət Hacıbəylinin, eləcə də onunla bərabər digər gənclərin Ağcabədidə “Bahalaşmaya son qoyulsun” tələbi ilə keçirilən aksiyada həbs olunması pislənilib və onların azadlığa buraxılması tələb olunub.
Alyansın toplantısında qərara alınıb ki, həbsxanalardakı vəziyyət və məhbus hüquqlarına dair növbəti hesabatın hazırlanmasına start verilsin. Eyni zamanda yerli və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda həyata keçirilən qanunsuz həbslərə və ədalətsiz məkhəmələrə cəlb etmək, bu sahədə olan mövcud problemləri müzakirə etmək üçün Siyasi Məhbuslarla bağlı Ümumrespublika Forumunun keçirilməsi qərara alınıb.
Son xəbərlər
Son Xəbərlər