Siyəzəndə 3 ev çökdü - Ailələrə çadır verildi

siyezende-3-ev-cokdu
Oxunma sayı: 849

Siyəzənin Sədan kəndində sürüşmə aktivliyini qoruyur.

"Qafqazinfo" ARB Şimal xəbər verir ki, onlarla evdə çökmə təhlükəsi yaşanır. Sakinlərin yeganə istəyi təhlükədən uzaqlaşmaqdır.

Sədanda 3 ev tamamilə çöküb. Yaşayış üçün təhlükəli olduğundan Fövqəladə Hallar Nazirliyi ailələrə çadır verib. 50-dən çox evdə çatlar əmələ gəlib. Çatlar arasında məsafə hər gün daha da böyüyür.