Siyəzəndə ağır qəza, ölən və yaralananlar var - Fotolar

siyezende-agir-qeza-olen-ve-yaralananlar-var
Oxunma sayı: 3840

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində "Nissan March" markalı avtomobil "Mercedes ML"lə toqquşub.

Hadisə nəticəsində Siyəzən sakinləri: - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.