Siyəzəndə ev yanıb, xəsarət alan var

siyezende-ev-yanib-xesaret-alan-var
Oxunma sayı: 921

Siyəzən rayonunun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.