Siyəzəndə naməlum kişi meyiti tapılıb - Fotolar

siyezende-namelum-kisi-meyiti-tapilib
Oxunma sayı: 2843

Siyəzən rayon Yenikənd kəndi ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, meyit tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində döymələr var.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (02330) 4-02-21; (02330) 4-13-03 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.